Gündəmdə olan futbolçu: “Neftçi”ylə sözləşməm başa çatandan sonra…“

22 Mart 15:15 Neftçi 1 175
Gündəmdə olan futbolçu: “Neftçi”ylə sözləşməm başa çatandan sonra…“

Eddi İsrafilovun mövsümün sonunda «Neftçi»dən ayrıla biləcəyi haqda məlumat vermişdik.

Bildirmişdik ki, 2022-ci ildən «ağ-qaralar»ın şərəfini qoruyan yarımmüdafiəçi yeni müqavilə təklifini qəbul etməyib.

İllik ödənişinin artırılmasını istəyən 31 yaşlı orta sahə oyunçusu 350-400 min dollardan dəm vurub.

AFFA tərəfindən milliləşdirilən İsrafilovun «Neftçi»ni hansı kluba dəyişməyə hazırlaşması da məlumdur. Karyerasının əsas hissəsi İspaniyaya bağlı olan Eddi Türkiyədən gələn təkliflə razılaşıb.

O, bu ilin əvvəlində Vüsal İsgəndərlini sıralarına qatan «Boluspor»la anlaşma əldə edib.

İsrafilova vaxtilə çıxış etdiyi İspaniya Sequndasından da təkliflərin gəldiyi bildirilir. Maraqlıdır, səbəbkar bu çağırışlara necə yanaşır?

Onun Sportinfo.az-a verdiyi açıqlamaya diqqət edin:

“Müqaviləmin müddəti başa çatır deyə, zəng edənlər, maraqlananlar var. Lakin indi bu işlərlə məşğul olmuruq.

“Neftçi”ylə sözləşməm başa çatandan sonra təkliflərlə yaxından maraqlanmaq olar”.

31 yaşlı futbolçu “Neftçi” formasında meydana çıxdığı 64 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!