“Neftçi”dən yayılan transfer iddialarına RƏSMİ REAKSİYA

22 Mart 01:00 Neftçi 1 066
“Neftçi”dən yayılan transfer iddialarına RƏSMİ REAKSİYA

“Neftçi” bəzi futbolçularının mövsüm sonu klubdan ayrılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

“Yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib.

Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq.

Bir daha media nümayəndələrinin bu kimi xəbərləri dərc etməmişdən əvvəl “Neftçi” PFK mətbuat xidmətindən klubun rəsmi mövqeyini öyrənməsi xahiş olunur”,-deyə açıqlmada qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!