"Neftçi"nin təklifini qəbul etmədi, yeni klubu ilə əl sıxışdı - SON DƏQİQƏ

21 Mart 2024 12:20 Neftçi 6 899
"Neftçi"nin təklifini qəbul etmədi, yeni klubu ilə əl sıxışdı - SON DƏQİQƏ

Mövsümün sonunda «Neftçi»dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gəlib.

Bu, Eddi İsrafilovdur.

2022-ci ildən «ağ-qaralar»ın şərəfini qoruyan yarımmüdafiəçi yeni müqavilə təklifini qəbul etməyib. İllik ödənişinin artırılmasını istəyən 31 yaşlı orta sahə oyunçusu 350-400 min dollardan dəm vurur.

AFFA tərəfindən milliləşdirilən İsrafilovun «Neftçi»ni hansı kluba dəyişməyə hazırlaşması da məlumdur. Karyerasının əsas hissəsi İspaniyaya bağlı olan Eddi Türkiyədən gələn təkliflə razılaşıb.

O, bu ilin əvvəlində Vüsal İsgəndərlini sıralarına qatan «Boluspor»la anlaşma əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti