Moskva "Spartak"ı "Neftçi"ni ciddiyə aldı

20 Mart 2024 13:35 Neftçi 1 909
Moskva "Spartak"ı "Neftçi"ni ciddiyə aldı

Moskva “Spartak”ı “Neftçi” ilə keçiriləcək yoldaşlıq görüşünün hazırlığına başlayıb.

Sportinfo.az xəbər verir ki, Rusiya klubu Tarasovkdakı bazada hazırlıq görür.

Matçöncəsi komandanın heyətində cəmi 1 itki var. Bu, yarımmüdafiəçi Teo Bonqondadır. Konqo millisinin üzvü hazırda kollektivdən ayrıdır.

Ancaq digər oyunçuların hamısı tam hazırdır. Moskva təmsilçisi milli komandalara yollanan futbolçular istisna olmaqla, Bakıya tam heyətlə gələcək.

“Neftçi” – “Spartak” oyunu martin 23-də “Neftçi Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti