“Neftçi” ehtiyatlı tərpəndi, xəbərdarlıq etdi - VİDEO

20 Mart 03:10 Neftçi 390
“Neftçi” ehtiyatlı tərpəndi, xəbərdarlıq etdi - VİDEO

"Neftçi” martın 23-ü saat 18:00-da "Neftçi Arena”da Rusiyanın "Spartak” (Moskva) klubu ilə keçirəcəyi yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, müraciətdə deyilir:

"Martın 23-ü "Spartak” ilə yoldaşlıq oyunu çərçivəsində həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır.

"Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. "Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.

"Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə "ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.

"Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq” , - deyə müraciətdə bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!