"Spartak"ın vingeri "Neftçi" ilə oyuna gəlməyəcək

20 Mart 2024 00:30 Neftçi 573
"Spartak"ın vingeri "Neftçi" ilə oyuna gəlməyəcək

"Spartak"ın futbolçusu Teo Bonqonda Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı vinger hələ də ümumi qrupda məşqlərə qatılmayıb.

Belçikalı oyunçudan başqa, demək olar ki, bütün futbolçuların "ağ-qaralar"a qarşı oynamağa hazır olduğu bildirilib.

Moskva təmsilçisi martın 22-nə kimi Tarasovkadakı bazada sözügedən matça hazırlaşacaq. Gilyermo Abaskalın baş məşqçisi olduğu kollektiv burada mini təlim-məşq toplanışı keçəcək.

Martın 23-də reallaşacaq "Neftçi" - "Spartak" görüşü saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti