ŞOK ANLAŞMA! "Neftçi"dən 1,2 milyon dollar alan bu adam imiş!

19 Mart 13:00 Neftçi 929
ŞOK ANLAŞMA! "Neftçi"dən 1,2 milyon dollar alan bu adam imiş!

Ötən ilin sentyabrında “Neftçi”nin idman direktoru vəzifəsinə təyin olunan Yens Anderssonun qazancı bilinib.

Paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayan isveçli funksionerin aylıq maaşı 50 min avrodur.

Başqa sözlə, skandinaviyalı burada keçirəcəyi iki il ərzində 1,2 milyon dollar qazanacaq.

O, “ağ-qaralar“la anlaşana kimi

İsveç millisində idman direktoru vəzifəsini tutub. 51 yaşlı mütəxəssis ona qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) klublarında idman direktoru olaraq çalışıb.

2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.

Son müddət ərzində İsveçin bütün yaş qrupu üzrə millilərində, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət yığma komandada keçirilən islahatlarda böyük pay sahibi olub.

Klubun yaxın gələcək üçün strateji hədəflərindən biri Akademiyada keyfiyyətli və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması, onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir.

Bu strateji hədəflərə, həmçinin səmərəli və uzunmüddətli transfer siyasətini planlaşdırmağa və həyata keçirməyə imkan verən inkişaf etmiş, geniş skautinq sisteminin qurulması da daxildir.

Klubun bütün yaş qrupları üzrə komandalarına “Neftçi”nin vahid, unikal oyun fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub.

Bununla yanaşı, həm bütövlükdə komandanın, həm də ayrı-ayrı oyunçuların, eyni zamanda, klubun potensial transfer perfomansının və digər zəruri taktiki göstəricilərinin təhlili üçün qabaqcıl və süni intellektə əsaslanan texnologiyaların tətbiqi də planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!