"Neftçi"nin baş məşqçisinin gözündən düşənlər bunlar imiş!

18 Mart 11:40 Neftçi 1 814
"Neftçi"nin baş məşqçisinin gözündən düşənlər bunlar imiş!

«Neftçi»nin baş məşqçisi Miodraq Bojoviç klubun transfer siyasətindən narazıdır.

O, bazada görüşdüyü bir qrup azarkeşlə söhbətində bu haqda fikirlərini dilə gətirib.

56 yaşlı mütəxəssis bildirib ki, Adrian Mutudan ona yaxşı miras qalmayıb. Əvvəlki çalışdırıcının görəvdə olduğu 6 ay ərzində seleksiya işlərintn aşağı səviyyədə aparıldığını bildirib.

Qeyd edib ki, ötən müddətdə komandaya cəlb olunan əksər legionerlər «Neftçi»nin standartlarına cavab vermir, onlarla nəticə əldə eləmək böyük sual altındadır.

Bununla belə, Bojoviç deyib ki, mövsümün xilası üçün əlindən gələni əsirgəməyəcək. Balkanlı sükançı ölkə kubokunu qazanmaq üçün maksimum dərəcədə çalışacaqlarını söyləyib.

Tərəfdarlar ötən ilin dekabrında görəvə gətirilən baş məşqçidən narazılıqlarını açıq ifadə ediblər. Onlar komandanın Premyer Liqanın son turlarında zəif təsir bağışlamasından şikayətləniblar.

Bildiriblər ki, Adrian Mutunun gedişi ilə vəziyyətin düzələcəyini gözləsələr də, ehtimallar özünü doğrultmayıb. Fanatlar monteneqrollu mütəxəssisi oynatdıqları futbola görə qınayıblar.

Deyiblər ki, «Neftçi» həmişə iddialı olmalıdır və praqmatik üslub ona yaraşmır.

«Qarabağ»ın ölkədaxili və beynəlxalq yarışlarda tarixi uğurlar qazanması fonunda, «Neftçi»nin hələ də qeyri-sabit çıxış etməsinin onlara mənfi təsirindən söz açıblar.

Vəziyyətin uzun müddət belə davam eləməsinə səssiz qalmayacaqlarını diqqətə çatdırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!