"Neftçi"nin yeni legionerinə nə olub?

16 Mart 2024 01:20 Neftçi 769
"Neftçi"nin yeni legionerinə nə olub?

"Neftçi" Brayan Morenonun Premyer Liqanın 27-ci turunda "Səbail"lə matçı (3:0) buraxmasının səbəbini açıqlayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən tur “Kəpəz”lə oyun zamanı sağrı nahiyəsində olan əzilmə ilə bağlı ağrılar hiss edən kolumbiyalı hücumçu hazırda müalicə olunur.

Cənubi amerikalı legionerin 2-3 günə komanda ilə məşqlərə qoşulması planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti