Oyun "alver"ində adı hallanan futbolçu qaranlıq məqamları "Sportinfo"a danışdı!

15 Mart 20:00 Neftçi 1 013
Oyun "alver"ində adı hallanan futbolçu qaranlıq məqamları "Sportinfo"a danışdı!

“İrəvan” klubunun üzvləri barəsində danışılmış oyunlarla bağlı araşdırma davam edir.

Bu barədə ilk dəfə ötən ay məlumat vermişdik.

AFFA-nın hüquq-mühafizə orqanlarının köməyi ilə apardığı təhqiqata Birinci Liqa təmsilçisinin 10-a yaxın futbolçusu cəlb olunub.

Bu siyahıda xüsusilə Fəhmin Muradbəylinin adı çox hallanır.

“Neftçi”nin yetirməsi olan yarımmüdafiəçi cari mövsümün ilk yarısını “İrəvan”da keçirib. Onun oyunların manipulyasiyasında əlinin olmasını etiraf etməsinə dair qeyri-rəsmi məlumatlar var.

Sportinfo.az-a açıqlama verən Fəhmin barəsində səslənən iddiaları rədd edib:

"Neçə müddətdir bu barədə mətbuatda yazılar gedir. Bəli, ötən ayın əvvəli məni də hüquq-mühafizə orqanlarına çağırıb, sorğu-sual ediblər.

Mən tək olmamışam. Komandadan başqa şəxslər də sorğu-sualda iştirak edib.

Bir gün davam edən sorğu-sualdan sonra hamı kimi mən də evimə qayıtmışam. Gündəlik işlərimlə məşğul oluram.

Düşünürəm ki, nəsə olsaydı, mən evimdə yox, orada olardım. Ən azı bir neçə gün saxlanılardıq.

Hər kəs də bunu bilərdi. Hazırda heç bir qərar çıxmayıb.

Araşdırma davam edir. Hamı kimi mən də yekun cavabı gözləyirəm.

Sonda hamı hər şeyi biləcək. Özümdən çox rahatam.

Nə kimdənsə bir manat pul almışam, nə də vermişəm. Kiminsə çıxıb bunu idda etməsi də mümkünsüzdür”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti