"Neftçi"nin bazasına getdilər, baş məşqçini DANLADILAR!

15 Mart 11:40 Neftçi 1 557
"Neftçi"nin bazasına getdilər, baş məşqçini DANLADILAR!

«Neftçi»nin bir qrup azarkeşi Miodraq Bojoviçlə görüşüb.

Toplantı klubun bazasında təşktl olunub.

Tərəfdarlar ötən ilin dekabrında görəvə gətirilən baş məşqçidən narazılıqlarını açıq ifadə ediblər. Onlar komandanın Premyer Liqanın son turlarında zəif təsir bağışlamasından şikayətləniblar.

Bildiriblər ki, Adrian Mutunun gedişi ilə vəziyyətin düzələcəyini gözləsələr də, ehtimallar özünü doğrultmayıb. Fanatlar monteneqrollu mütəxəssisi oynatdıqları futbola görə qınayıblar.

Deyiblər ki, «Neftçi» həmişə iddialı olmalıdır və praqmatik üslub ona yaraşmır.

«Qarabağ»ın ölkədaxili və beynəlxalq yarışlarda tarixi uğurlar qazanması fonunda, «Neftçi»nin hələ də qeyri-sabit çıxış etməsinin onlara mənfi təsirindən söz açıblar.

Vəziyyətin uzun müddət belə davam eləməsinə səssiz qalmayacaqlarını diqqətə çatdırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti