"Neftçi"nin legioneri millinin düşərgəsinə getməyəcək - İmtina olundu, planlar dəyişdi

15 Mart 2024 03:00 Neftçi 764
"Neftçi"nin legioneri millinin düşərgəsinə getməyəcək - İmtina olundu, planlar dəyişdi

"Neftçi"nin legioneri Alfa Konte şərəfini qoruduğu Syerra Leone millisinin düşərgəsinə yollanmayacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb yığmanın oyunlarının ləğv olunmasıdır.

Syerra Leone millisi martın 22-də və 25-də Sudan və Botsvana ilə yoldaşlıq görüşləri keçirməli olsa da, hər iki komanda sözügedən matçlardan imtina edib.

Alfa Konte "Neftçi"yə bu ilin əvvəlində Bolqarıstanın "Lokomotiv" klubundan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti