“Neftçi” Emin Mahmudovu hələ nə qədər gözləyəcək?

15 Mart 2024 01:50 Neftçi 995
“Neftçi” Emin Mahmudovu hələ nə qədər gözləyəcək?

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”lə keçiriləcək oyunu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz”lə XXVI turun matçında (3:3) zədələnən kapitanın qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək.

Bərpa və müalicə prosesini davam etdirən qapıçı Emil Balayev, müdafiəçi Azər Əliyev və yarımmüdafiəçi Ataa Caber isə qəsəbə təmsilçisi ilə matçda məşqçilər korpusunun sərəncamında olmayacaqlar.

Martın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...