"Neftçi" aldığı krediti kim(lər)ə və nə üçün ödədi?

14 Mart 2024 10:40 Neftçi 1 084
"Neftçi" aldığı krediti kim(lər)ə və nə üçün ödədi?

«Neftçi»nin «Rabitəbank»dan 2 milyon manat məbləğində kredit götürməsinin səbəbi məlum olub.

Paytaxt klubu əməkdaşlıq etdiyi bankda açılan kredit xəttindən istifadə etməklə böyük bir təhlükəni adladıb.

Belə ki, bir neçə legioner 2 aydan artıqdır əməkhaqlarının ödənilməməsindən şikayətlənib. Əcnəbi futbolçular «ağ-qaralar»ı FİFA-ya şikayətlə təhdid eləyib.

Onlar bildiriblər ki, məvacibləri tezliklə köçürülməsə, beynəlxalq futbol qurumuna müraciət ünvanlayacaqlar.

Odur ki, yönətim bankdan götürdüyü krediti maaş şəklində futbolçulara və məşqçilərə paylayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...