"Neftçi"nin istədiyi məbləğ 15 manatdan o yana keçmir

13 Mart 01:00 Neftçi 578
"Neftçi"nin istədiyi məbləğ 15 manatdan o yana keçmir

Premyer Liqanın 27-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Səbail” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/.../sport/neftci-pfk-sebail-fk005/112877

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

"Neftçi" - "Səbail" qarşılaşması martın 15-i saat 19:00-da “Neftçi Arena”da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti