"Neftçi"dən 2 milyonluq kredit xəbərinə REAKSİYA: "Bu, kluba hücumdur"

12 Mart 14:00 Neftçi 1 033
"Neftçi"dən 2 milyonluq kredit xəbərinə REAKSİYA: "Bu, kluba hücumdur"

«Bizdə heç bir maliyyə çətinliyi yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi deyib.

Press-ateşe klubun 2 aydır maddi böhran yaşaması yönündə yayılan xəbərlərə aydınlıq gətirib:

«Neftçi» uzun illərdir «Rabitəbank»la çalışır. Bütün hesablarımız o bankdadır.

Bu bankda xeyli vaxtdır kredit xətti açılıb. Təcili əlavə vəsait lazım olduğu zaman bu kredit xəttindən istifadə edilib.

Bu, yenilik deyil, əvvəlki illərdə də belə olub. Yaxınlarda bankdan həmin kredit xətti vasitəsilə 2 milyon manat götürülüb.

Ancaq sosial şəbəkələrdə xəbərlər yayılır ki, «Neftçi»də problemlər yaranıb, borca düşüb.

Qətiyyən belə deyil. Biz bu tip xəbərləri «Neftçi»yə hücum kimi qiymətləndiririk».

Digər Xəbərlər
Xəbər Lenti