"Neftçi"də het-trik etdi, QƏRİBƏ ADDIM ATDI

11 Mart 22:20 Neftçi 1 039
"Neftçi"də het-trik etdi, QƏRİBƏ ADDIM ATDI

"Neftçi" Premyer Liqanın 26-cı turunu xal itkisi ilə başa vurdu.

"Kəpəz"in qonağı olan "ağ qaralar" hesabda 3 dəfə geri düşdüyü matçdan 1 xalla ayrıla bildi - 3:3.

Tovuz şəhər stadionunda keçirilən matçda paytaxt klubunu məğlubiyyətdən xilas edən adam Filip Ozobiç oldu.

Xorvatiyalı yarımmüdafiəçi het-trik etməklə buna nail oldu.

Qələbə qazanılmadığı üçün bu görüşü "Neftçi" adına uğursuz matç kimi qələmə vermək olar.

Amma 3 qol vuran Ozobiçi üçün əla gün olduğunu deyə bilərik.

Axı onun performansı autsayderə məğlubiyyətdən xilas olmağa yardım etmiş oldu.

Buna görə də qarşılaşmadan sonra "Neftçi"nin əksər futbolçusunun mətbuat önündən qaçması anlaşılan idi, amma Ozobiçin yox.

Düşünmək olardı ki, media önünə keçib, özünün parlaq, komandasının uğursuz gününü şərh edəcək.

Lakin nədənsə hər zaman jurnalistlərə açıq olan milli komandamızın yarımmüdafiəçisi bu dəfə susmaq yolunu seçdi.

Görünür, o da "Neftçi"nin biabırçı oyunundan, nəticələrindən xəcalət çəkir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti