O, GEDƏCƏK - İndi başa düşürsüz ki, "Neftçi" niyə bugündədir?

10 Mart 11:05 Neftçi 3 039
O, GEDƏCƏK - İndi başa düşürsüz ki, "Neftçi" niyə bugündədir?

Miodraq Bojoviçin «Neftçi»dəki rəsmi oyunlarının sayı 8 çatdı.

Monteneqrolu baş məşqçinin növbəti sınağı «Kəpəz»ə qarşı oldu.

Köhnə hamam, köhnə tas - Bojoviç yenə öz «amplua»sından kənara çıxmadı.

Məğlubiyyətə bərabər 1 xal aldılar.

Hesabda üç dəfə geri düşdülər. Və hər dəfəsində Flip Ozobiç dada yetişdi. «Qarabağ»a lazım olmayan yarımmüdafiəçi «Neftçi»nin liderinə çevrilirsə, day mənim sözüm yoxdur.

İndi başa düşürsüz ki, «Neftçi» niyə bugündədir?

Bojoviçi mayda nə gözlədiyini təxmin edirəm. Böyük ehtimalla, əlini sıxıb, «gedə bilərsən» sözü eşidəcək rəhbərlikdən.

Həə… Hansı rəhbərlikdən?

Onların özünü və kimliyini müəyyənləşdirmək də bir zillətdir. Burada daşı atırsan, gedib idarəçiyə dəyir.

Amma hansı biri əsas komandaya məsuldur, konkret hansı biri cavabdeh qismindədir, bilmək olur ki?

Bunu tək mən görmürəm. Futbolçu da görür, məşqçi də görür, azarkeş də görür.

Sonuncular artıq «Neftçi»ni tərk ediblər. Bir «Forza» qalmışdı, eşitdim, əsas fanklub da boykot qərarı verib.

Ortada kimsəsiz qalan oyunçu kollektivi yeni baş məşqçinin də gücsüzlüyünü anlayınca, işlər gündən-günə pisləşməyə doğru gedir.

Hələ bu, harasıdır, «Neftçi» yarımcan oyunu ilə çox büdrəyəcək irəlidə.

Bunu ta mən demirəm. «Kəpəz»dən asan qollar buraxan futbolçular deyir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti