Emin Mahmudov "Neftçi"ni QORXUTDU - FOTO

10 Mart 02:10 Neftçi 801
Emin Mahmudov "Neftçi"ni QORXUTDU - FOTO

"Neftçi"nin kapitanı Emin Mahmudov zədələnib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Premyer Liqanın 26-cı turunun "Kəpəz"lə görüşündə zədələnərək matçı vaxtından əvvəl tərk edib.

O, Gəncə klubunun kapitanı Yeqor Xvalkonun kobud müdaxiləsindən sonra yerdə alıb. Komandasına penalti qazandıran Mahmudov oyuna davam edə bilməyib və Andre Şinyaşiki ilə əvəzlənib.

Eminin zədəsinin ciddi olduğu bildirilir. Yarımmüdafiəçi həkimlərin köməyi ilə birbaşa paltardəyişmə otağına yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti