Tovuzda "Neftçi" üçün xoş olmayan mənzərə - FOTO

9 Mart 2024 21:00 Neftçi 1 217
Tovuzda "Neftçi" üçün xoş olmayan mənzərə - FOTO

"Neftçi" Premyer Liqanın 26-cı turu çərçivəsində Tovuza səfər edib.

"Ağ qaralar" bu rayonda "Kəpəz"in qonağı olub.

Paytaxt klubu Gəncə təmsilçisi ilə görüşdə dəstəksiz qalıb.

Klubun əsas azarkeş qrupu olan "Forza Neftçi"nin oyunları boykot etməsi səbəbindən Tovuzda olmayacağı öncədən bəlli idi.

Bundan başqa digər azarkeş qrupları və müstəqil tərəfdarlar da səfər oyununa yollanmağı vacib hesab etməyiblər.

Hər halda, qonaq azarkeşlər üçün nəzərdə tutulan tribunanın boş olması belə düşünməyə əsas verir.

XANOĞLAN / SPORTNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti