Yeni baş məşqçi "Neftçi"ni necə peşman edib? - VİDEO

9 Mart 15:00 Neftçi 893
Yeni baş məşqçi "Neftçi"ni necə peşman edib? - VİDEO

"Neftçi" Miodraq Bojoviçin rəhbərliyi altında çıxdığı yeddinci oyunda da bizə qeyri-adi heç nə göstərmədi".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində yeni baş məşqçinin "ağ-qaralar"ı düşdüyü çətin vəziyyətdən çıxarmaq iqtidarında olmadığını bildirib.

Tanınmış teleşərhçi deyib ki, "Neftçi" azarkeşlərinin görmək istədiyi komanda bu deyil:

"Qarabağ"la derbidə mübarizə apardılar, savaşdılar. Bojoviçin direktələri Mutudan fərqlidir.

Məsələn, Mutu Lebon kimi futbolçunu az qala ehtiyat oyunçuya çevirmişdi.

Onu bir ara Mirzovun ehtiyatında əyləşdirirdi, sonra sağ cinaha qoyurdu. Həmin yerdə o effekti vermirdi.

Bojoviç Mutudan daha təcrübəli şəxs kimi bura gəlib. Amma ümumən, bu iki baş məşqçi arasında fərqi görmürük.

Hələ də yeknəsək futbol tərzi, hələ də oyun planında çoxlu çatışmazlıqlar var".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti