“Neftçi”yə “barmaq silkələdilər”: “Bu adı ləkələməyə cəhd göstərən hər kəs...”

8 Mart 20:00 Neftçi 1 236
“Neftçi”yə “barmaq silkələdilər”: “Bu adı ləkələməyə cəhd göstərən hər kəs...”

“Qarabağ”ı büdrətmək üçün “Neftçi”nin əlinə əla fürsət düşmüşdü.

“Ağ-qaralar” başı Avropa Liqasına qarışan, Juninyo və Kevin Medina kimi aparıcı futbolçularının əsas heyətdə yer almadığı prinsipial oyundan ən pis halda 1 xalla ayrıla bilərdi ki, Elçin Məsiyevin final fitinin tamamında tablodakı rəqəmlər 4:1 “Qarabağ”ın xeyrinə idi.

Matçboyu susmaq bilməyən, “Neftçi”yə möhtəşəm şəkildə dəstək nümayiş etdirən “Forza Neftçi”nin üzvlərinin məyusluğu anlaşılandır. Böyük hesablı yenilgi heç bir halda normal qarşılana bilməz.

“Forzalılar” oyun başa çatandan sonra sosial şəbəkə hesabında paylaşım edərək lazım olan şəxslərə “barmaq silkələyiblər”:

“Sizdən fərqli olaraq, “Neftçi” adı üçün mübarizəmiz həmişə davam edəcək. Biabırçı nəticələrinizdən asılı olmayaraq, bu adı ləkələməyə cəhd göstərən hər kəs qarşısında bizi tapacaq.

Sizə gəldikdə isə... Xatırlatma: “Ata qocalanda, yük oğula düşər”.

25 turdan sonra aktivində 36 xal olan “Neftçi” “Zirə” və “Sumqayıt”la birlikdə 3-5-ci pillələri bölüşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti