“Neftçi”dəki narahatlıq – Bojoviç neçə turdur “iynə üstündə” oturub

7 Mart 20:40 Neftçi 690
“Neftçi”dəki narahatlıq – Bojoviç neçə turdur “iynə üstündə” oturub

“Neftçi” Premyer Liqanın 26-cı turunda “Kəpəz”in qonağı olacaq.

Gəncə şəhər stadionunda təmir-bərpa işləri aparıldığına görə, oyun Tovuzda baş tutacaq.

Baş məşqçi Miodraq Bojoviçin son oyunlardakı narahatlığı sərəncamındakı futbolçuların əksəriyyətinin cəza səddində olmasıdır.

“Qarabağ”la qarşılaşmaya qədər 5 nəfərin 3 “sarı”sı vardısa, prinsipial oyunda Filip Ozobiçin vərəqə xəbərdarlığı almasından sonra say 6-ya yüksəlib.

Mark Tamaş, Höccət Haqverdi, Qara Qarayev, Dieqo Valdez, Filip Ozobiç, Reziuan Mirzov – bu futbolçular “Kəpəz”lə qarşılaşmada sarı vərəqə ilə cəzalandırılsalar, növbəti turda “Səbail”lə görüşü cəza səbəbindən kənardan izləyəcək(lər).

Martın 9-da keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI