"Neftçi" 10 dən çox futbolçu ilə yolları ayıracaq - İdman direktorunun «qara siyahısı

6 Mart 14:00 Neftçi 5 276
"Neftçi" 10 dən çox futbolçu ilə yolları ayıracaq - İdman direktorunun «qara siyahısı

«Neftçi»nin idman direktoru Yanne Anderson cari mövsümün geridə qalan bölümü ilə bağlı raport hazırlayıb.

Ötən ilin sentyarında yeni işinin icrasına başlayan funksioner ona qədər aparılmış transfer siyasətində ciddi yanlışlara yol verilməsi qənaətindədir.

İsveçli idarəçi Adrian Mutunun dönəmində düşərgəyə cəlb olunan 11 futbolçudan bir çoxunun klubun hədəflərinə uyğun gəlmədiyi fikrindədir.

Skandinaviyalı rəsminin rəyinə görə, yayda kardinal islahatlar aparılmalıdır, ən azı 10-dan artıq yerli və əcnəbi oyunçu ilə yollar ayrılmalıdır.

Yanne Anderson «Neftçi»yə gələnə kimi İsveç millisində çalışıb. O. Azərbaycanda fəaliyyət göstərmək üçün İsveç Futbol Federasiyası ilə müqaviləsinə xitam verib.

«Ağ-qaralar»la 2 illik sözləşməyə imza atan Andersona burada böyük səlahiyyətlər verilib. Əsas komandanın bütün məsuliyyəti və idarəçiliyi ona həvalə olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti