Emin Mahmudov “Neftçi”də məşqə çıxmadı – Sabah bilinəcək ki...

5 Mart 22:40 Neftçi 1 694
Emin Mahmudov “Neftçi”də məşqə çıxmadı – Sabah bilinəcək ki...

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu müəyyənləşib.

Bakı klubunun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.

Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyib. Martın 6-da isə yenidən müayinədən keçəcək. Onun zədəsi yalnız müayinənin ardından bilinəcək.

“Qarabağ”la görüşün 1-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət alıb. Azərbaycan millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənib.

Qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti