“Neftçi” olanlara aydınlıq gətirdi: "Onlarla bağlı şikayət bildirməmişik" - VİDEO

5 Mart 14:20 Neftçi 458
“Neftçi” olanlara aydınlıq gətirdi: "Onlarla bağlı şikayət bildirməmişik" - VİDEO

“Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçirilən oyundan sonra 4 azarkeşin saxlanılması ilə bağlı bəyanat yayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” inzibati binanın ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozan fanatlarla bağlı şikayət edilmədiyini bildirib.

Bəyanatda əlavə olunub ki, həmin şəxslər qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb ediliblər:

“Qarabağ”la matçdan sonra 4 azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə klubun inzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub.

Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı heç bir şikayət bildirməmişik. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

“Neftçi Arena”da keçirilən oyunda “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti