"Neftçi" rəhbərliyi azarkeşlərindən polisə şikayət edib? - YENİ DETALLAR

6 Mart 23:00 Neftçi 751
"Neftçi" rəhbərliyi azarkeşlərindən polisə şikayət edib? - YENİ DETALLAR

Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi barədə məlumat vermişdik.

Hadisədən cəmi 1 gün sonra Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti isə məlumat yaydı ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.

Başverənlərlə bağlı yeni detallar əldə etmişik.

Belə ki, heç də iddia olunduğu kimi, etiaz edən azarkeşlər barədə klub rəhbərliyindən hüquq mühafizə orqanlarına hər hansı şikayət ünvanlanmayıb.

Əksinə, azarkeşlərin saxlanılmasını eşidən baş icraçı direktor Fərrux Mahmudov Müşahidə Şurasının üzvlərinə onları ziyarət etmək barədə tapşırıq verib.

Və bundan sonra ən yüksək səviyyədə fanatlara yaxından ilgi göstərilib.

Hətta klubun etirazçıları şikayət etməməsi onların uzun müddətə həbs olunmasının önünə keçib.

Rəsmilər bazaya gəlib, öz narazılığını bildirən tərəfdarlarının sərbəst buraxılması üçün də cəhdlər edib.

Lakin bildirilib ki, ictimai asayışı pozan azarkeşlərin tam cəzasız qalması mümkün deyil.

Qeyd edək ki, dünən Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Bu səbəbdən yerli azarkeşlər komandalarına etirazlarını klubun bazasına gedərək bildiriblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI