"Qəbələ" bazarlıq etdi, "Neftçi" bu transfer üçün 350 mindən keçdi

5 Mart 11:40 Neftçi 2 077
"Qəbələ" bazarlıq etdi, "Neftçi" bu transfer üçün 350 mindən keçdi

«Qəbələ» ilə «Neftçi» arasında anlaşmanın bəzi detalları məlum olub.

Söhbət Emil Səfərovun transferi ilə bağlı əldə edilən razılaşmadan gedir.

Azərbaycan yığmasının yarımmüdafiəçisi yeni mövsümə "Qəbələ"də başlamayacaq.

Premyer Liqanı tərk etmək üzrə olan klub öz yetirməsini satmağı qərara alıb.

"Qırmızı-qaralar" 2002-ci il təvəllüdlü gəncə görə aldığı iki təklifdən birini qəbul edib. "Qarabağ"ın maraq dairəsində olan orta sahə oyunçusu növbəti sezondan etibarən "Neftçi"nin formasını geyinəcək.

Ölkə kubokunun son sahibi təzminat alaraq "ağ-qaralar"dan 350 min manat alacaq. Hərçənd şəhər klubu öncə bundan 100 min manat az məbləğ təklif edirdi.

"Qarabağ"ın 200 min manatla dövriyəyə girməsindən sonra kompensasiya üçün ayrılan vəsaiti göstərilən rəqəmə qaldırıblar.

Paytaxt təmsilçisi millinin debütantı ilə uzunmüddətli müqavilə imzalayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti