“Halalın olsun!” - "Qarabağ"dan 4 qol buraxan qapıçı hər kəsin alqışını qazandı

6 Mart 19:40 Neftçi 5 522
“Halalın olsun!” - "Qarabağ"dan 4 qol buraxan qapıçı hər kəsin alqışını qazandı

"Neftçi" Azərbaycan derbisində ağır məğlubiyyət aldı - 1:4.

Əzəli rəqiblə oyunda ilk iki qolu "Neftçi" öz səhvindən sonra qapısında gördü.

Qara Qarayev birinci, Yuri Matias isə ikinci qoldan əvvəl şanssız an yaşadılar və hücumların davamı qonaqların fərqlənməsi ilə yekunlaşdı.

Əgər "Qarabağ"la oyunda bu ranqda olan futbolçular da səhv edibsə, düşünmək olar ki, "Neftçi"də kimisə yaxşı mənada fərqləndirmək olmaz.

Amma əsla belə deyil.

Çünki buraxdığı 4 qola rəğmən Rza Cəfərovun oyununa toxunmamaq olmaz.

Gənc qolkiper 98 dəqiqə komandasının ən yaxşısı oldu deyə bilərik.

Məhz o, olmasa, hesab daha da böyük ola bilərdi.

Xüsusilə Ağdam təmsilçisinin 2:0 öndə olduğu bölümdə ardıcıl bir neçə zərbənin qarşısını almaqla intriqanın ən azı son dəqiqələrə kimi sürməsini şərtləndirmiş oldu.

Əbəs deyil ki, qarşılaşmadan sonra hər kəsə qəzəbli olan "Neftçi" tərəfdarları onun şəninə haqlı olaraq ancaq xoş sözlər ünvanlayıblar.

Bunu "ağ qaralar"ın ən böyük azarkeş səhifəsi olan "Neftçi Fan Page"nin paylaşdığı

"Toz içində çiçək Rza Cəfərov. Bu qədər iyrəncliyə, bu qədər murdarlığa, bu qədər alçaqlığa, şərəfsizliyə, abırsızslığa rəğmən komandanın parlayan ulduzu Rza Cəfərov.

Nə alırsan klubdan, 10 qat halalın olsun. Sən olmasan hesab daha böyük olacaqdı. Bu klubun çörəyi sənə halal olsun, Rza!" postunda görmək olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti