“Neftçi”nin bazasında hadisə baş verdi, 2 azarkeş həbs olundu, ikisi cərimələndi - VİDEO

4 Mart 21:00 Neftçi 647
“Neftçi”nin bazasında hadisə baş verdi, 2 azarkeş həbs olundu, ikisi cərimələndi - VİDEO

“Neftçi”nin iki azarkeşi inzibati qaydada həbs olunub, daha ikisi isə cərimələnib.

Bu barədə Sportinfo.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib:

“Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol klubunun bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

Polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib”.

“Neftçi” ötən gün Azərbaycan Premyer Liqasında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra bakılı azarkeşlər komandalarına qarşı etirazlarını bildiriblər.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"