"Neftçi"dən təklif alandan sonra həm klub, həm də Bakı şəhəri haqda məlumat toplamağa başladım”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yeni transfero Brayan Morenoya məxsusdur.
Paytaxt təmsilçisi ilə 1,5 illik müqavilə bağlayan kolumbiyalı hücumçu 88 nömrəli formanı geyinəcək. Onun son klubu ÇSKA (Sofiya, Bolqarıstan) olub.
Cənubi amerikalı legioner “Neftçi" və Bakı haqqında fikirlərini bölüşüb:
“Şəkillərdən gördüyüm kimi, Bakı çox gözəl və böyük şəhərdir.
Hələ ki, şəhəri gəzməyə və tanımağa vaxtım olmayıb. İlk fürsətdə şəhərlə tanış olacam".

