“Neftçi”nin yetirməsi: “İspaniya klubundan təklif gəldi, mən də qəbul etdim”

26 Yanvar 2024 20:20 Neftçi 1 033
“Neftçi”nin yetirməsi: “İspaniya klubundan təklif gəldi, mən də qəbul etdim”

"Neftçi"nin futbolçusu Bəhruz Qurbanlı İspaniyanın “Montixo” klubuna keçidinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, “Neftçi TV”yə danışan gənc hücumçu bunları deyib:

"Mən bu klubu izləyirdim və menecerimin köməyi ilə onlarla əlaqə saxladım, sonra onlardan təklif gəldi. Mən də qəbul etdim.

Bu həftə İspaniyaya yollanacam. Böyük məqsədlərim var.

Dördüncü liqa klubuna keçdim, amma inanıram ki, gələcəkdə öz üzərimdə çalışaraq ölkənin əsas liqasında çıxış edə biləcəyəm".

18 yaşlı forvard əvvəllər “Neftçi-2”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...