Qara Qarayev “Neftçi”nin məşqçilərini sevindirdi

26 Yanvar 2024 01:10 Neftçi 1 518
Qara Qarayev “Neftçi”nin məşqçilərini sevindirdi

“Neftçi”də zədəli futbolçuların son durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qara Qarayev artıq komanda ilə məşqlərə başlayıb.

Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edir.

Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı Fələstin milli komandasının düşərgəsindədir.

“Neftçi” Premyer Liqanın 20-cu turunda “Qəbələ”ni qəbul edəcək. Yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək görüş saat 17:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...