"Neftçi"nin bu mövsüm ən yaralı mövqeyi hücum xəttidir.
Komanda arxada qalan 19 turda cəmi 21 qol vurub.
Bunda "payı" olan ön xətt futbolçularından biri də Yeqor Boqomolskidir.
Belarus millisinin sabiq üzvü bu mövsüm meydana çıxdığı 12 matçda 1 qol belə vurmayıb.
İndi heç onu ölkəsinin millisinə də dəvət edən yoxdur.
Lakin Azərbaycanın ən köklü klubunda şans qazanmağa davam edir.
Öncə Adrian Mutu, indi də Miodraq Bojinovski ona güvənməkdə israrlıdır.
Axı niyə?
Əcnəbi olduğu üçünmü?
Olmaya klub rəsmilərindən kimsə onda heç kimin görə bilmədiyi böyük potensialı görür?
Bəlkə də kimin üçünsə Yeqorun "Neftçi" formasında oyun sayı artırmaqla yaxşı cv-i formalaşdırması maraqlıdır?
Adamın ağlına o qədər ehtimal gəlir ki...
Qəti buna görə məni qınamayın.
Bu qədər limitsiz şansın arxasında nəsə durmalıdır, ya yox?
Məsələn, "ağ qaralar"ın bir başqa forvardı gənc futbolçu Ağadadaş Salyanskidir.
Gənclər millimizin üzvünün 19 yaşı var.
Boqomolskidən 4 yaş cavan.
Ağadadaş arxada qalan 19 turda 1 dəqiqə belə şans almayıb.
Bəs həmin limintdən azərbaycanlı balasına niyə verilmir?
Adı bəyənilmir, milliyəti xoş deyil, yoxsa...
XANOĞLAN İMANOV

