“Neftçi” Miri Yusiflə bağlanan müqaviləyə aydınlıq gətirdi - AÇIQLAMA

25 Yanvar 2024 17:00 Neftçi 1 248
“Neftçi” Miri Yusiflə bağlanan müqaviləyə aydınlıq gətirdi - AÇIQLAMA

"Neftçi" xalq artisti Miri Yusiflə klub arasında olan əməkdaşlığa münasibət bildirib.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, bu əməkdaşlıq 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub.

"Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib", - deyə açıqlamada vurğulanıb.

Mətbuatda "Neftçi"nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!