"Neftçi" Premyer Liqanın 20-ci turunun "Qəbələ" ilə baş tutacaq oyununa hazırlıqlarını davam etdirir.
Yeni ilin ilk matçında "Sabah"la səfərdə bərabərə qalan (0:0) "ağ qaralar" autsayderlə matçda ilk qələbəsini qazanmağı hədəfləyib.
Bunu Sportinfo.az-a açıqlamasında bölgə klubu ilə oyun barədə danışan komandanın yarımmüdafiəçisi Eddi İsrafilov deyib:
"Qəbələ" ilə vacib matç bizi gözləyir. Görüşə ciddi hazırlaşırıq. Məqsədimiz təbii ki, qələbə qazanmaq olacaq".
Təcrübəli futbolçu bunun üçün fanatları onları tək qoymamağa səsləyib:
"Sabah"la səfərdə oynamağımıza baxmayaraq çox sayda azarkeşimiz vardı. Bizi dəstəkləməyə gəlmişdilər. Bu dəfə doğma meydanımızda oynayacağıq.
Ümid edirəm ki, çox sayda tərəfdar bizim üçün arenaya gələcək. Və onların önündə yaxşı çıxış edib, qələbə qazanacağımıza inanıram".
XANOĞLAN

