“Neftçi” Premyer Liqanın 20-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq.
“Neftçi Arena”da baş tutacaq görüş “ağ-qaralar”ın bir neçə futbolçusu üçün tamaşa meydanı olacaq.
Xeyli vaxtdır zədədən əziyyət çəkən Qara Qarayev kollektiv çalışmalarda iştirak edir.
Reziuan Mirzovla Azər Əliyev hələ ki tam hazır deyil. Hər ikisi fərdi məşqlərlə kifayətlənir. Müalicəsini davam etdirən Kilan Lebon da fərdi şəkildə hazırlaşır.
Asiya Kubokunda iştirak üçün Fələstin millisinin sıralarında olan Ataa Caber hələ də Bakıya qayıtmayıb.
Yanvarın 28-də keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

