“Neftçi”nin onunla apardığı danışıqlarda PROBLEM YARANDI – SON DƏQİQƏ

25 Yanvar 2024 13:00 Neftçi 3 426
“Neftçi”nin onunla apardığı danışıqlarda PROBLEM YARANDI – SON DƏQİQƏ

“Neftçi”nin Eddi İsrafilovla apardığı danışıqlar dirənib.

Paytaxt klubu 2022-ci ilin yanvarından etibarən xidmətindən yararlandığı yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, o, hələ bu çağırışa «hə» deməyib.

Yığmamızın üzvü bu istəyi müsbət qarşılayarsa, 2+1 illik kontrakt qüvvəyə minəcək.

Lakin İsrafilov başqa dəvətlərinin olduğunu bildirərək, bu məsələni sonraya saxlayıb. AFFA-nın milliləşdirdiyi legioner Türkiyə və ya Avropanın bir başqa ölkəsində özünü sınamaq istədiyini söyləyib.

32 yaşlı orta sahə oyunçusu 2014-cü ildə yığmamızın sıralarına cəlb olunub. İsrafilov İspaniyada "Real Mursiya", "Ximnastik", "Qranada", "Eybar", "Kordoba" və “Albasete”nin şərəfini qoruyub.

"Nefçi"də 14 nömrəli formanı geyinən Eddinin hazırkı sözləşməsi 2024-cü ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!