"Təklif alandan sonra həm klub, həm də Bakı şəhəri haqda məlumat toplamağa başladım.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Brayan Moreno deyib.
"Ağ-qaralar"la 1,5 illik müqavilə imzalayan kolumbiyalı forvardla Bakı şəhərini bəyəndiyini söyləyib:
"Şəkillərdən gördüyüm kimi Bakı gözəl və böyük şəhərdir. Hələ ki, şəhəri gəzməyə və tanımağa vaxtım olmayıb.
İlk fürsətdəcə şəhərlə tanış olacam. "Neftçi"də əsas məqsədlərimdən biri komanda ilə titullar qazanmaq və çempionatın bombardiri olmaqdır.
Azarkeşlərə demək istəyirəm ki, hər zaman stadiona gələrək bizi dəstəkləsinlər. Onlar 12-ci oyunçudur. Bizə hər zaman dəstək verməyə davam etsinlər".

