"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin ÇFR klubuna baş məşqçi təyin edilib.
Bu barədə yüksək liqa təmsilçisinin saytı məlumat yayıb.
45 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
A.Mutu bu mövsümün ilk yarısında "Neftçi"ni çalışdırıb.
ÇFR hazırda 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

