“Neftçi”də tanımadığım futbolçular məni çox yaxşı qarşıladı”

24 Yanvar 2024 19:20 Neftçi 865
“Neftçi”də tanımadığım futbolçular məni çox yaxşı qarşıladı”

"Neftçi"nin yeni transferi Brayan Moreno klubun televiziyasına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, ilk təəssüratlarını bölüşüb:

"İlk təəssüratım odur ki, əvvəl tanımadığım futbolçular məni çox yaxşı qarşıladılar. Xüsusən də, Latın Amerikasından olan futbolçular mənə komanda haqda yaxşı sözlər dedilər.

Baş məşqçi ilə də aramızda görüş oldu. Ümid edirəm ki, çox tez bir zamanda komandaya uyğunlaşa biləcəyəm".

"Neftçi" yanvarın 21-də kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə imzaladığını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!