“Neftçi” yalnız bu məsələlərdə Rusiya klublarından geri qalır”

24 Yanvar 2024 21:00 Neftçi 1 282
“Neftçi” yalnız bu məsələlərdə Rusiya klublarından geri qalır”

“Mənə elə gəlir ki, “Neftçi” Rusiya klublarından öz azarkeşlərinə görə fərqlənir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Ötən ilin dekabrında “ağ-qaralar”ın sükanı arxasında Adrian Mutunu əvəzləyən monteneqrolu mütəxəssis xatırladıb ki, o, Rusiyada “Dinamo”, “Lokomotiv” kimi top klubları çalışdırıb.

56 yaşlı məşqçi rus klubları ilə “Neftçi”ni müqayisə edib:

“Neftçi” Azərbaycanın köklü tarixə malik və məşhur klubudur. Bu, xalqın komandasıdır və ölkənin böyük qismi “Neftçi”yə azarkeşlik edir.

Yalnız infrastruktur məsələsində “Neftçi” dediyiniz klublardan geri qalır. Təşkilati baxımdan isə elə bir fərq görmürəm”.

Bojoviç 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada "Belqrad"ın sükanı arxasında olan mütəxəssis ardınca Yaponiyada "Hokkaydo Konsadole Sapporo"da köməkçi funksiyasını yerinə yetirib.

O, Serbiyada "Borats", "Obiliç", "Hayduk" ( Belqrad), "Srvena Svezda", Kiprdə AEL, ölkəsində "Buduçnost", "Qrbal", Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal", "Krılya Sovetov"da işləyib.

Son olaraq 2021/2022 mövsümündə Tula "Arsenal"ına rəhbərlik edib. 2013/2014 mövsümündə "Rostov"la Rusiya Kubokunun, 2015/2016 mövsümündə "Srvena Svezda" ilə Serbiya Superliqasının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti