"Neftçi"nin futbolçuları ilə bağlı SON XƏBƏR

23 Yanvar 2024 17:20 Neftçi 1 355
"Neftçi"nin futbolçuları ilə bağlı SON XƏBƏR

"Neftçi"nin futbolçuları Azər Əliyevlə Kilan Lebon Premyer Liqanın 19-cu turunun "Sabah"la matçından öncə zədələnib.

Sportinfo.az xəbər verir ki, hər iki oyunçunun zədəsi ciddi deyil.

Əliyevlə Lebonun durumunu daha detallı öyrənmək üçün klubun mətbuat xidməti ilə əlaqə saxladıq.

"Neftçi"dən saytımıza verilən məlumata görə, Azər Əliyev fərdi məşqlərə başlayıb. 29 yaşlı yarımmüdafiəçi sabahdan etibarən komanda ilə məşqlərdə iştirak edəcək.

Kilan Lebon isə bir qədər gözləməli olacaq. Fransalı vingerin müalicəsi bir həftə davam edəcək. 26 yaşlı futbolçunun kollektivlə məşqlərə nə vaxt başlayacağı onun vəziyyətindən asılı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!