“Neftçi”dən 200-cü imza

23 Yanvar 2024 16:20 Neftçi 764
“Neftçi”dən 200-cü imza

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley komandanın Premyer Liqanın XIX turunda "Sabah"la qolsuz bərabərə qaldığı matça təsadüf edib.

“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü "sülh"ə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.

"Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi 1 xalı bir qolla qazanıb – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...