"Komandanın belə oynamasına dözə bilmirəm, yeni baş məşçimiz o olacaq"

23 Yanvar 2024 08:40 Neftçi 1 463
"Komandanın belə oynamasına dözə bilmirəm, yeni baş məşçimiz o olacaq"

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsində ÇFR-i çalışdıracaq.

Bunu klubun sahibi Nelu Varqa "İAMsport"a açıqlayıb. O, bildirib ki, ölkə çempionatının 22-ci turunda “Botoşani”yə məğlubiyyətdən sonra baş məşqçi Andrea Mandorlini istefaya göndərilib:

"Bəli bu doğrudur. Komandanın belə oynamasına dözə bilmirəm.

Mutu ilə ötən il də danışmışdım. Sonra anası vəfat etdi. Mutu ilə bir-birimizi başa düşmüşük.

Onunla müqavilənin detallarını müzakirə edəcəyik. Yeni baş məşçimizin adı Mutudur".

ÇFR hazırda 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Adrian Mutu ötən ay "Neftçi" ilə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!