"Neftçi"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Kilan Lebon və Azər Əliyevin zədəsi ciddi deyil.
Ölkə çempionatının 19-cu turunun "Sabah"la görüşündə meydana çıxmayan hər iki futbolçu bu gün kollektivlə məşqlərə qoşulacaq.
Həm Azər, həm də Lebon növbəti tura qədər tam hazır olacaq.
“Neftçi” yanvarın 28-də “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma “Neftçi Arena”da keçiriləcək və görüşə 17:30-da start veriləcək.

