"Neftçi"nin görünən kəndi - O, futbolçular üçün Mutu olmayacaq

22 Yanvar 2024 19:00 Neftçi 1 566
"Neftçi"nin görünən kəndi - O, futbolçular üçün Mutu olmayacaq

«Neftçi» dünən Miodraq Bojoviçin yönətimində ilk rəsmi oyununa çıxdı.

Masazırda «Sabah»ın qonağı oldular, meydandan 1 xalla ayrıldılar.

Pis təsir bağışlamadılar. Adrian Mutunun «Neftçi»sindən fərq var idimi? Müəyyən qədər.

Monteneqrolu vur-tut 19-20 gündür iş başındadır və belə qısa müddətdə komandanı ayağa qaldırmaq, ona istiqamət vermək, ağıldakı oyun modelini tətbiq etmək qeyri-mümkündür.

Bunun üçün vaxt lazımdır və Bojoviç də bəribaşdan sözünü deyib. Deyib ki, azarkeşlərin arzuladığı «Neftçi» olmaq yolunda irəliləmək üçün onlara 6 həftə vaxt lazımdır.

Yeni baş məşqçinin işarə etdiyi ayyarımlıq müddətdə bir şeylər dəyişəcək. Doğrusu, mən prosesin məhz o yöndə gedəcəyinə şübhə bəsləmirəm.

Nədən pozitivəm? Bojoviçin Masazırda 90 dəqiqə boyunca özünü necə aparmasını müşahidə elədim, dəli-doluymuş.

Hər epizoda çılğınlıqla reaksiya verir, futbolçularının toplu-topsuz hərəkətlərinə diqqət yetirirdi. O, yeriyən, rəqbini boş buraxan, zonanı vaxtında bağlamayan oyunçularına çılğınlıqla təpinirdi.

Mutu lal idi, Bojoviç tam tərsidir. Rumıniyalı oyunun gedişinə müdaxilə etməyə çətinlik çəkirdi, ehtiyatlanırdı, balkanlı həmkarı isə yox.

Bojoviç komandasından aqressivlik, hərəkətlilik tələb edir və onun tapşırıqlarını yerinə yetirməyənlər daha əsas heyətdə yaşıl meydana ayaq basmayacaq.

Yeni baş məşqçi sərənecamındakıları təzə-təzə tanıyır, buna baxmayaraq, texniki zonada daha Mutunun əyləşmədiyini indidən göstərməyə başlayıb.

Qarşıdakı ayyarımda hələ çoxlarını ələkdən keçirəcək.

\«Neftçi» Masazırda hücum futbolu oynamadı. Amma müdafiəyə də qapanmadılar. Qol epizodları çox olmadı, ən realını isə Emin Mahmud qaçırdı.

Düşən şansları qaçırmaq problemi «Neftçi»nin başı üzəırindən «domokl qılıncı» kimi asılıb.

Bojoviç nə iş görür görsün, neyləmək istəyir istəsin, birinci bu «oruc» məsələsini yoluna qoymalıdır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!