GÜNDƏM: Bojoviç "Neftçi"ni kimlərdən "təmizləyəcək" - VİDEO

22 Yanvar 2024 17:40 Neftçi 1 832
GÜNDƏM: Bojoviç "Neftçi"ni kimlərdən "təmizləyəcək" - VİDEO

Dünən Azərbaycan Premyer Liqasında 19-cu tura start verildi.

Turun açılış matçında "Sabah" evdə "Neftçi"ni qəbul etdi-0:0.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov qarşılaşma ilə bağlı maraqlı şərh verib, hər iki komandanın mövcud durumunu dəyərlındirib.

Tanınmış jurnalist vurğulayıb ki, tərəflər mərkəzdə bir-birilərinə üstünlük qurmaqda çətinlik çəkib:

"Bu zonada topa sahib olmaq istəkləri alınmadı. Xüsusilə uzun ötürmələrlə hücumlar təşkil edilməyə çalışılırdı.

"Neftçi"də görünən odur ki, komanda bütün fazalarda çox ağır qalmaqda davam edir. Miodraq Bojoviçin komandasında əzmkarlıq göstərməyən futbolçu özünə yer tapmayacaq.

Emin Mahmudov daha sərbəst oynamağa başlayıb. Çünki Mutu sanki olmayan, nə anlaşıldığı bilinməyən oyun planında Emini çərçivəyə salmışdı.

Amma monteneqrolu çalışdırıcıya bir neçə transferin lazım olduğu ortadadır. Yaradıcılıq çox aşağı səviyyədədir".

Murad Musayevin "Sabah"ında oyun keyfiyyətinin aşağı düşdüyünü deyən Elçin Cəfərov ab-hava barədə də son məlumatı diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!