"Neftçi" ilə müqavilə imzaladı, xanımı bu xəbəri yaydı - FOTO

21 Yanvar 2024 20:25 Neftçi 3 065
"Neftçi" ilə müqavilə imzaladı, xanımı bu xəbəri yaydı - FOTO

«Neftçi» bu il ikinci transfer əməliyyatını başa vurub.

Bakı klubu Alfa Kontedən sonra Brayan Moreno ilə anlaşıb.

Kolumbiyalı hücumçu paytaxtımıza gəlib və 3,5 illik anlaşmaya qol çəkib.

«Ağ-qaralar» hələlik bu keçid barədə rəsmi açıqlama yaymayıb. Məlumatı kim ictimailəşdirsə yaxşıdır?

"Neftçi" gözlənilmədən bu transferdən imtina etdi – SON DƏQİQƏ

Cənubi amerikalı legionerin xanımı. Brayanın həyat yoldaşı sosial şəbəkə hesabında foto paylaşaraq, ərinin «Neftçi» ilə münasibətlərini rəsmiləşdirdiyini elan edib.

Kolumbiyalının son klubu Bolqarıstanda MOİK (Sofiya) olub. 185 sm boya sahib mərkəz hücumçusu hazırda azad agent statusu daşıyır.

Moreno 2023/2024 mövsümünün ilk yarısında 3 dəfə meydanda olsa da, bundan əvvəlki çempionatda 936 dəqiqə forma şansı qazanıb və bu müddətdə 9 qola imza atıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti