"Söz verdim və üstündə də dayandım, heç vaxt "Neftçi"nin formasını geyinmədim" - VİDEO

21 Yanvar 2024 14:00 Neftçi 4 517
"Söz verdim və üstündə də dayandım, heç vaxt "Neftçi"nin formasını geyinmədim" - VİDEO

Millinin və «Xəzər Lənkəran»ın keçmiş qapıçısı Kamran Ağayevin sosial şəbəkədə fikirləri yayılıb.

2006-2013-cü illər aralığında «ağ-yaşıllar»ın formasını geyinmiş kiper yerli azarkeşlərə verdiyi sözü xatırladıb:

«Mənim «Neftçi» ilə heç bir düşmənçiliyim yoxdur. «Xəzər Lənkəran» azarkeşlərinə söz vermişdim.

Əlim hər yerdən üzülsə belə, heç vaxt «Neftçi»nin formasını geyinmərəm. İndi karyeramı bitirmişəm.

Heç vaxt «Neftçi»nin formasını geyinmədim. Evə ata-anamı aldadaram, amma «Xəzər Lənkəran» azarkeşlərini aldatmaram».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti